Ərdoğan Poroşenko ilə görüşüb

  • By admin
  • 21 Sentyabr 2017 07:40

erdogan porosenko

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan və ukraynalı həmkarı Petro Poroşenko arasında görüş olub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 72-ci sessiyasının fonunda baş tutub.

Mətbuata bağlı keçirilən görüşün təxminən 50 dəqiqə davam etdiyi bildirilir.

Qeyd olunur ki, növbəti iclas Kiyevdə keçiriləcək.

Gununsesi.info