
“Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bir diplomat olaraq hörmət etdiyim dostum idi”.
Gununsesi.info-nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Avrasiya” tunelinin açılışı mərasimində çıxışı zamanı söyləyib.
Ərdoğanın sözlərinə görə, A. Karlov bir həftə öncə Tatarıstan prezidentinin onunla görüşünü təşkil edib: “Birlikdə bəzi fikir mübadilələri aparmışdıq. Səmimi, simpatik bir insan idi. Dünən gecə saatlarında məruz qaldığı sui-qəsd və nəticəsi həqiqətən də çox kədərlidir. Öz adımdan və millətimin adından bu qətliamı şiddətlə qınayır, lənətləyirəm. Cənab Putin başda olmaqla bütün dost Rusiya xalqına başsağlığı verirəm”.
Türkiyə dövlət başçısı hadisədən sonra rusiyalı həmkarı Vladimir Putinə zəng etdiyini də vurğulayıb: “Ona baş vermiış hadisəyə görə dərin kədərləndiyimi çatdırdım. Bu, namərdliklə törədilmiş silahlı hücumun Türkiyə-Rusiya münasibətlərinə qarşı açıq-aydın bir təxribat olduğu mövzusunda həmfikirik. Rusiya ilə ortaq araşdırma komissiyası quraraq çalışmalara başlamışıq. Heyətimiz işləyir.
Rusiya ilə əlaqələrimizin pozulmasına, zədələnməsinə əsla icazə verməyəcəyik. Terror aktlarında böyük itkilər vermiş bir xalq olaraq belə bir hücumun olmağı bizi ən az öz insanımıza və təhlükəsizlik qüvvələrimizə qarşı təşkil olunmuş hücumlar qədər incitdi. Səfir Karlovun ailəsinə saşsağlığı verirəm”.
Gununsesi.info