Ərdoğan-Putin görüşündə bunun şahidi olduq –Klimov

Ərdoğan-Putin görüşündə bunun şahidi olduq –


Türkiyə və Rusiyanın böhranı tam geridə qoyduğunu və əlaqələri yenidən canlandırdığının şahidi oluruq.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbərinin müavini Andrey Klimov deyib.

“Xeyli ortaq layihələr mövcuddur. Sadəcə, Türkiyə və Rusiyanı maraqlandırmayan bu layihələri həyata keçirməliyik”, – Klimov bildirib.

O əlavə edib ki, Türk Axını və Akkuyu kimi geniş layihələr rus-türk əlaqələrini daha da möhkəmləndirir.

Xatırladaq ki, dünən Ərdoğanla Putin arasında 4 saat davam edən görüş keçirilib.

Gununsesi.info

COMMENTS