Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani iyulun 1-də videokonfrans keçirəcək.
Gununsesi.org xəbər verir ki, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, prezidentlər görüş zamanı regional məsələləri, xüsusilə də Suriyadakı vəziyyəti müzakirə edəcək.
Üç ölkə rəhbəri sonuncdu dəfə 2018-ci ildə Qazaxıstanda Suriya məsələsini müzakirə etmişdi.
Gununsesi.org