Ərdoğan: “Putindən tələb edəcəyəm …”

  • By admin
  • 03 May 2017 14:40
erdogan_putin_011214
Rusiya prezidenti Vladimir Putinlə görüşümdə qarşılıqlı ticarı əlaqələrdə olan məhdudiyyətlərin aradan qaldırılması müzakirə olunacaq.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə uçmazdan öncə hava limanında jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Putinlə görüşdə əsas müzakirə predmeti Suriya böhranının nizamlanması, xüsusən də Han-Şeyhunada baş verən faciə, beynəlxalq terrorizmə qarşı birgə səylərinin artırılması müzakirə olunacaq.
Ancaq bununla yanaşı iki ölkə arasındakı problemlərin həllidir deyən Ərdoğan bildirib ki, əsas məsələlərdən biri qarşılıqlı ticarə əlaqələrə qoyulan məhdudiyyətlərin aradan qalxması ilə bağlı olan baryerlərdir:
“Bizim səylərimiz bu istiqamətdə davam edir. Hökumət  bu məhdudiyyətləri aradan qaldırılması istiqamətdə işləyir”.
Ərdoğan onu da əlavə edib ki, Putinlə görüşdə bir daha ondan  bu istiqamətdə prosesi sürətləndiməyin vacibliyini gündəmə gətirəcəyəm:
“Bu məsələni bürokratiyanın qurbanı etmək olmaz”.
Bununla belə Ərdoğan deyib ki, Putinlə “Türk axını” qaz kəməri və “Akkuyu” AES-in tikintisini müzakirə edəcəyik.
Ərdoğan sonda bildirib ki, Putinlə görüşümüz  məhsuldar olacaq.
Mürtəza
Gununsesi.info