Kreml Ərdoğanla Putinin görüşünün Bakıda rellaşacağını təkzib etdi. Gununsesi.info “RİA-Novosti”yə istinadən xəbər verir ki, RF prezidentinin mətbuat katibi Dmitriy Peskov keçridiyi birifinqdə Putin-Ərdoğan görüşünə aydınlıq gətirib. O deyib ki, Ərdoğanla Putin avqustun birinci dekadasında Rusiyann şəhərlərinin birində görüşəcək. “Ancaq hansı şəhərdə və vaxtı bəlli deyil. Hazırda bu istiqamətdə işlər gedir”- deyə, Peskov vurğulayıb.
Görüşün Bakıda keçrilməsini təzib edən Peskov deyib ki, avqust ayında Bakıda Rusiya-Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşləri keçiriləcək.
Gununsesi.info