Ərdoğan Putinlə Çində görüşəcək

  • By admin
  • 29 İyun 2016 16:33

gorus

 

Ərdoğanla Putinin görüşü Çində reallaşa bilər. Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, Türkiyə prezidentinin administrasiyası Ərdoğanla Putinin görüşünün G-20 ölkələrin dövlət başçılarının sentyabrda keçiriləcək Zirvə toplantısı çərçivəsində reallaşmasını istisna etməyib. Ankara hətta görüşün G-20 sammitindən də öncə reallaşmasını istisna etməyib.

Qeyd edək ki, G-20-nin növbəti 10-cu sammiti 4-5 sentyabrda Çinin Xançjou şəhərində keçiriləcək.

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov isə deyib ki, prezidentlərin görüşünün yeri və vaxtı diplomatik kanallarla müəyyənləşdiriləcək.

Gununsesi.info