Ərdoğan Putinlə görüş vaxtını təsdiqlədi. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə iyulun sonu avqustda görüşəcəyini bəyan edib. Gununsesi. info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə və Rusiya XİN başçılarının görüşünün yekunu olaraq bir daha dövlət başçılarınn görüşməsinin vacibliyi yaranıb. “İki dövlət başçısının görüşü ya bu ayın sonu və yaxud da avqustda “Böyük səkkizlər”in sammitinədək keçirilə bilər. Hələik dəqiq vaxt müəyyənləşməyib”, – deyə Ərdoğan vurğulayıb.
Gununsesi.info