
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələrinə səfəri ilə bağlı xəbəri təqdim etmişdik. Səudiyyə Ərəbistan və Küveyt səfərindən sonra prezidentin Qətərə yola düşməyi planlaşdırılmışdı.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan artıq Qətərdədir.
Prezidenti Beynəlxalq Hamad Hava Limanında Qətər Əmiri Şeyx Temim bin əl-Sani, Türkiyənin Qətərdəki səfiri Fikrət Özər və digər səlahiyyətli şəxslər qarşılayıb.
Ərdoğan rəsmi danışıqlardan sonra şərəfinə təşkil olunmuş günorta yeməyinə qatılacaq.
Daha sonra isə Türkiyə prezidentinin Qətər əmirinin atası Əmir Şeyx Hamad bin Xəlifə əl-Tani ilə görüşəcəyi gözlənilir.
Hava limanındakı qarşılamadan sonra Ərdoğanın əl-Sani ilə eyni avtomobilə minməsi xüsusilə diqqət çəkib.
Gununsesi.info