
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə toplantısında iştirak etmək üçün bu gün Qazaxıstana gedəcək.
Gununsesi.info xəbər verir ki, Türkiyə Prezident Adminstrasiyasinın Kommunikasiyalar İdarəsi Ərdoğanın 2-3 noyabr tarixlərində Astanada “Türk Dövrü” mövzusu ilə keçiriləcək zirvə toplantısına qatılacağını açıqlayıb.
Təşkilatın müddətli sədrliyinin Özbəkistandan Qazaxıstana keçəcəyi sammitdə liderlər təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səyləri müzakirə edəcəklər.
Noyabrın 3-də liderlərin aktual qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparacağı sessiyada iştirakçılar qarşısında çıxış edəcək prezident Ərdoğanın liderlərlə ikitərəfli görüşləri də gözlənilir.
Gununsesi.info