
CHP sədri Kamal Kılıçdaroğlu prezident Rəcəb Tayyib Ərdoğan və ailəsinin xaricə qaçmaq üçün iki vəqf (Qeyri-Hökumıt Təşkilatı-red) vasitəsilə ABŞ-a pul köçürməsi ilə bağlı iddialarla bağlı yeni açıqlamalar verib.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, CHP lideri bu işdə Ərdoğanın uşaqlarının adlarını çəkib: “Bacı-qardaş vəqflərlə işləyirlər, bir-birinə pul köçürür”.
AKP sözçüsü Ömər Çelik isə iddialara belə cavab verib: “Prezidentimizin ailə üzvlərinin qanunauyğun olaraq həyata keçirilən və hər kəsə açıq olan vətəndaş cəmiyyəti fəaliyyətləri var. Bu fəaliyyəti qanunsuz və şübhəli göstərməyə çalışaraq, siyasi dedi-qodular yaradırlar.
Cümə günü prezident Ərdoğanın Kılıçdaroğluna qarşı “qaçış planı”na görə 1 milyon TL təzminat iddiası qaldırdığı açıqlanıb.
Kılıçdaroğlu çərşənbə axşamı axşam saatlarında iddialarında “Sənədlər və pul axınları əlimizdə” deyərək, TÜRGEV və Ensar Vəqfi vasitəsilə ABŞ-a qaçaq yolla pul gətirildiyini iddia edib.
Günay Təhməzova
Gununsesi.info