Ərdoğan “qisasalma əməliyyatı”na məhkəmə sistemindən başladı - 2745 hakim vəzifədən kənarlaşdırıldı

  • By admin
  • 16 İyul 2016 17:26

hsyk

Hərbçilərin qiyamı yatırıldıqdan sonra Türkiyənin məhkəmə-hüquq sistemində çalışan və FETÖ (fətullahçı terror təşkilatı) mənsubu olduğu bildirilən şəxslərin kütləvi şəkildə işdən çıxarılmasına və həbsinə başlanıb.

Gununsesi.info  Türkiyə KİV-lərinə istinadən xəbər verir ki,  Məhkəmə-Hüquq Şurası (Hakimlər ve Savcılar Yüksek Kurulu) 2 min 745 hakimin vəzifədən kənarlaşdırılması haqqında qərar qəbul edib. Şuranın özünün isə 5 üzvünün səlahiyyətlərinə xitam verilib.

Ali məhkəmə instansiyası -Yarğıtayın 140 hakiminin həbsi barədə qərar çıxarılıb.

Türkiyədə dövlət idarələri arasındakı mübahisələrə baxan və qanun, qərar layihələrinə rəy verən məhkəmə orqanı – Danıştayın isə 5 üzvü həbs edilib, qurumun daha 4 üzvü yazılı həbs sanksiyası olmadığı üçün qərara tabe olmayacağını bildirib.

Gununsesi.info