Ərdoğan, Ruhani və Putinin görüşü keçiriləcək

  • By arzu
  • 15 İyun 2020 13:51

İran, Rusiya və Türkiyə prezidentlərinin Suriyadakı durumu müzakirə etmək üçün Astana formatında zirvə görüşü keçiriləcək.

Gununsesi.org-un məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazirlik sözçüsü bildirib ki, görüş videokonfrans formatında təşkil olunacaq.

A.Musəvinin sözlərinə görə, XİN başçısı Məhəmməd Cavad Zərifin Türkiyə və Rusiyaya səfəri çərçivəsində bu məsələ müzakirə olunacaq və tarix müəyyənləşəcək və yaxın gələcəkdə videokonfrans təşkil olunacaq.

Qeyd edək ki, M.C.Zərif hazırda Türkiyədə səfərdədir və oradan Rusiyaya səfəri planlaşdırılır.

Gununsesi.org