
Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin “Əlaqələri bərpa etmək istəyirik” açıqlamasına münasibət bildirib. Gununsesi.info “Cumhuriyyet”-ə istinadən xəbər verir ki, Ərdoğan Rusiyanın Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı irəli sürdüyü fikirlərə məvqeyini açıqlayaraq deyib ki, Rusiya ilə münasibətlərin yaxşılaşdırılması vacibdir: “Ancaq Türkiyə müttəhimlər kürsüsündə əyləşən ölkə deyil. Türkiyə münasibətləri korlayan ölkə deyil. Biz, Rusiya ilə əlaqələrin yaxşılaşdırılmasında maraqlıyıq. O zaman adam düşünməyə vadar edir ki, görəsən, niyə rusiyalı pilotun səhvi Türkiyə ilə münasibətlərə bu dərəcədə qurban verilməsinə səbəb oldu.”
Gununsesi.info