Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya rejiminin rəhbəri Bəşər Əsədlə gələcəkdə əlaqələrin hansı formada qurulmasının mümkünlüyündən danışıb.
Gununsesi.info xəbər verir ki, “Hurriyet”in yazdığına görə, Ərdoğan deyib ki, Ankara terrorçu PKK-nın Suriya qanadı olan RYD/YPG məsələsində əməkdaşlığın mümkünlüyünü dilə gətirib.
Soçidə Putin və Ruhani ilə görüşdən sonra Ərdoğan mətbuata açıqlamasında terrorçuların kökünün kəsilməsi və Suriya dialoqu ilə bağlı bütün qüvvələrlə əməkdaşlığa hazır olduğunu dilə gətirib: “Sabah nə baş verəcəyini demək çətindir, çünki bütün işlər yaranmış vəziyyətdən asılıdır. “Heç vaxt mümkün deyil” demək ümumiyyətlə məqsəduyğun deyil. Siyasətin qapıları son anadək hər zaman açıqdır”- deyə, Ərdoğan bəyan edib.
Ərdoğan bu mənada RYD/YPG terrorçularına qarşı mübarizədə Əsədlə əməkdaşlığının belə, mümkünlüyünü qeyd edib.
Gununsesi.info