Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin blokada altındakı Qəzza zolağına hücumlarını müzakirə etmək üçün Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderləri ilə keçirilən fövqəladə Ərəb-İslam Zirvə toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedib.
Gununsesi.info xəbər verir ki, İsrailin Qəzzaya hücumlarının 36-cı gününə girdiyi bir vaxtda Səudiyyə Ərəbistanı Qəzzadakı hadisələri müzakirə etmək üçün keçiriləcək Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantılarının bu gün Ər-Riyadda vahid zirvə toplantısında birləşdiriləcəyini açıqlayıb.
Türkiyə Prezident Adminstrasiyasının Kommunkasiya İdarəsi Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri ilə bağlı məlumat yayıb.
Məlumata görə, sammitdə İslam dünyasının nümayəndələri baş verənlərə qarşı atılacaq konkret addımlar barədə fikir mübadiləsi aparacaqlar. Ərdoğan sammitdə iştirakçılara müraciət edəcək. Görüş çərçivəsində Ərdoğanın iştirakçı liderlərlə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.
Gununsesi.info