Ərdoğan Şarl Mişellə görüşüb

  • By arzu
  • 10 Sentyabr 2023 16:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Hindistanda keçirilən görüşdə Türkiyənin Aİ-yə tamhüquqlu üzvlüyü üçün lazım olan addımları müzakirə ediblər.

“Görüş zamanı Türkiyə ilə Aİ arasında əlaqələr, o cümlədən Türkiyənin Aİ-yə tamhüquqlu üzvlüyü üçün atılması lazım olan addımlar, regional və qlobal məsələlər müzakirə edilib”, – Türkiyə Prezident Administrasiyasının məlumatında deyilir.

Bununla yanaşı, Ərdoğan misirli həmkarı Əbdülfəttah əs-Sisi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə də danışıqlar aparıb.

Gununsesi.info