Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birgə referendumda səs verib.
Axar.az xəbər verir ki, dövlət başçısı İstanbul şəhərində Üsküdar məhəlləsindəki Safet Cabi orta məktəbindəki seçki məntəqəsində seçimini etdikdən sonra jurnalistlərə açıqlama verib.
“Bu referendum sıradan bir səsvermə deyil. Respublika tarixində parlamentli sistemlə bağlı bir neçə səsverməmiz olub. Lakin bu səsvermə yeni idarəçilik sistemi ilə bağlı dəyişiklik seçimidir. Mən inanıram ki, xalqımız yeni sıçrayışın, daha güclü inkişafın yolunu açmağa qərar verəcək. Nəticələri şəxsən izləyəcəyəm. Hava şəraiti göstərir ki, seçkilərdə iştirak faizi çox yüksək olacaq”, – Ərdoğan bildirib.
Gununsesi.info