Ərdoğan Sisi ilə görüşündən danışdı - SİYASƏTDƏ KÜSKÜNLÜK YOXDUR

  • By admin
  • 21 Noyabr 2022 11:49

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə keçirilən Dünya Çempionatının açılışı münasibətilə liderlərə verilən ziyafətdə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə salamlaşıb və əl sıxıb.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu, Misirdəki çevrilişdən 9 il sonra iki ölkə arasında ən yüksək səviyyəli təmas olub.

HTML tutorial

Qeyd edək ki, 2013-cü ildə Misirdə “Müsəlman Qardaşlar” administrasiyasının hərbi yolla devrilməsindən sonra Türkiyə və Misir qarşılıqlı olaraq səfirlərini geri çağırıb. Ərdoğanla Sisinin əl sıxması müxalifətin kəskin tənqidinə səbəb olub.

Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, siyasətdə sonsuza qədər küskünlük yoxdur.

Tərcümə:

Mais