
“Sizin kürd deyə zikr etdiyiniz PYD/PYD terror təşkilatıdır. Bunlar PKK-nın qollarıdır”.
Gununsesi.org xəbər verir ki, bu sözləri ABŞ-da rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konqres senatorları ilə görüşdən sonra səsləndirib.
Ərdoğan sözlərinə belə davam edib: “YPG də PKK kimi terror təşkilatıdır. Kürdlərlə terrorçuları ayırmaq lazımdır. Təhlükəsiz bölgə bizim nəzarətimizdə olmalıdır. 6 ay – 2 il arasında təhlükəsiz bölgəyə 1 milyon qaçqın yerləşdirə bilərik. 1 milyon da Rakka və Deyr-əz-Zor arasında yerləşdirə bilərik. Fərhat Abdi Şahin (Məzlum Kobani) “Apo” adlı separatçı terror təşkilatının, əslində, mənəvi övladıdır”. /Publika