Ərdoğan stadionlardan bu adı qaldırır: "Bu söz nə deməkdir?"

  • By admin
  • 26 May 2017 20:55

erdogan

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arena adının stadionlardan qaldırılacağını açıqlayıb.

Axar.az xəbər verir ki, Ərdoğan nazirlərə stadionların adlarından “arena” sözünün götürüləcəyi barədə təlimat verdiyini bildirib.

“Arena adını stadionlardan qaldıracağıq. Nə deməkdir ki, arena? “Arena” sözü baxın, nə məna verir?” , – Ərdoğan qeyd edib.

Adının doğduğu “Kasımpaşa” stadionuna qoyulmasından qürur duyduğunu deyən Ərdoğan bəzi nüanslara fikir bildirib: “Arena deyil bura, stadiondur. Biz arenaların əleyhinəyik. Nazirə də göstəriş vermişəm. Arenalarda keçmişdə nələr etdiklərini bilirsiniz deyilmi? İnsanları parçaladıqlarını bilirsiniz. Bizim dilimizdə belə bir şey yoxdur”.

 

Gununsesi.info