Ərdoğan Suriya ilə sərhədə getdi - FOTOLAR

  • By admin
  • 03 Noyabr 2019 19:08

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhəddə yerləşən Şanlıurfaya gedib.

Gununsesi.org “Haberler”ə istinadən xəbər verir ki, “Sülh çeşməsi” hərəkatının Birgə Hərəkat Mərkəzində olan Ərdoğan son vəziyyətlə maraqlanıb. Onu Müdafiə naziri Hülusi Akar, Daxili İşlər Naziri Süleyman Soylu, Şanlıurfa valisi müşayiət edib. Ərdoğan qərargahda məlumatları dinlədikdən sonra yerli sakinlərlə görüşüb.

Böyük coşğu ilə qarşılanan prezident bir-bir sakinlərin problemlərini dinləyib.