Rəcəb Tayyib Ərdoğan bu gün saat 14:30-da Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe iqamətgahında Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun “X” hesabında bildirib.
Toplantıda xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak edəcək.
Gununsesi.info