Ərdoğan Trampı kürdlərlə ittifaqdan çəkindirə biləcəkmi? - TƏHLİL

  • By admin
  • 11 May 2017 10:57

erdogan-tramp

Türkiyə bir vaxtlar Yaxın Şərqdəki nüfuz və təsirini İraq, Suriyadakı müharibələrlə genişləndirəcəyinə ümid edirdi, lakin indi hər iki müharibə Ankara üçün böyük iflasla nəticələnib.

Gununsesi.info-nun məlumatına görə, “The Independent” qəzetinin müxbiri Patrick Cockburn yazır ki, 2011-ci ildən bəri Türkiyə bir tərəfdən Bəsər Əsədin postunu tərk etməsinə, digər tərəfdən isə Suriyanın iki milyonluq kürd əhalisinin onun sərhədləri boyunca torpaqlara nəzarət etməsinin qarşısını almağa çalışırdı.

Cockburn yazır ki, Türkiyə kürdlərin irəliləyişinin qarşısını ala bilməyib, onun Suriyadakı türkmən və ərəb müttəfiqləri isə hətta əl-Bab kimi kiçik bir şəhəri də Türkiyə ordusunun birbaşa iştirakı olmadan İŞİD-dən ala bilməyiblər.

Türkiyə daim ABŞ-a özünü İŞİD-ə qarşı mübarizədə YPG-nin alternativi kimi təklif etsə də, bu təklif çox şübhəli görünürdü. Çünki çoxdan bəlli idi ki, Ərdoğanı İŞİD-dən daha çox kürdləri hədəfləmək maraqlandırır.

Bunun ardınca YPG və Suriya Demokratik Qüvvələrinin hərbi uğurlarının qarşısını almaq üçün Ankara aprelin 25-də YPG-nin mövqelərinə hava zərbələri endirmiş və yarısı qadınlar olmaqla 20 döyüşçünün ölümünə səbəb olmuşdu. Ərdoğan zərbələrdən sonra belə hərəkəti “istənilən yerdə və istənilən vaxt” edə biləcəyini demişdi.

Məhz bu məqamda ABŞ bəyan etmişdi ki, Türkiyənin hərəkəti “qeyri-məqbuldur”. Vaşinqton Türkiyənin hərəkətlərindən o qədər narahat olmuşdu ki, Suriyanın Türkiyə ilə sərhəd bölgəsinə bilavasitə öz əsgərlərini yeritmişdi. ABŞ bildirirdi ki, o İŞİD-in de fakto paytaxtı Raqqanı, əksəriyyətini YPG döyüşçüləri olan SDF qüvvələrinin köməyi ilə azad edəcək. Suriya kürdləri öz növbələrində deyirdilər ki, onlar Türkiyənin hava zərbələrinın davam edəcəyi təqdirdə, Raqqa əməliyyatına qoşulmayacaqlar. Lakin indi belə görünür ki, Tramp YPG-yə ağır silahların verilməsi barədə sərəncamı imzalamaqla Ankaraya açıq mesaj verib. Bu o deməkdir ki, Ankaranın hədələrinə baxmayaraq, ABŞ kürdlərlə müttəfiqliyi davam etdirmək əzmindədir. Bu isə Türkiyə ordusunun YPG üzərinə hücum əməliyyatları keçirməsini çətinləşdirir.

Cockburn yazır ki, Ərdoğan mayın 16-17-də Ağ Evdə Trampla görüşərkən, onun kürdləri dəstəkləyən siyasətini dəyişməyə çalışacaq. Amma Ərdoğanın uğur qazanacağı inandırıcı deyil.

Öz prezidentliyinin son günlərində Obama da Suriya kürdlərinin silahlandırılmasına dair qərar qəbul etmişdi. Trampın sərəncamı Ağ Evin siyasətinin olduğu kimi qaldığını göstərir. Hərçənd ABŞ Türkiyəni əmin etməyə çalışır ki, Suriya kürdlərinə silahlar onların yalnız İD-ə qarşı döyüşmələri üçün verilir. Türkiyə isə narahatdır ki, bu silahlar son məqamda PKK-nın əlinə keçə bilər.

Suriya kürdlərinin narahatlığı isə bundandır ki, İŞİD məğlub edildikdən sonra, ABŞ öz siyasətini NATO müttəfiqi Türkiyənin xeyrinə dəyişə bilər. Amma kürdlər məmnundurlar ki, ABŞ ən azı indilik onların yanında olmağı seçib.

Gununsesi.info