Ərdoğan Trampdan Güləni istəməyə gedir
Mayın 16-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a rəsmi səfər edəcək.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda ABŞ prezidenti Donald Trampla Ağ Evdə görüşəcək.
Belə ki, Ərdoğan və Trampın müzakirə edəcəyi vacib mövzulardan biri də Türkiyə-Amerika münasibətlərinin yaxşılaşdırılması olacaq. O cümlədən prezidentlər Fətullah Gülənin Türkiyəyə qaytarılması, eləcə də terrorizm və İŞİD qruplaşmasına qarşı mübarizə kimi məsələləri müzakirə edəcəklər.
Anar
Gununsesi.info