Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampla görüşəcək.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında belə deyib.
Belə ki, Türkiyə XİN rəhbəri iki ölkənin dövlət başçılarının təkbətək görüşünün dəqiq tarixini açıqlamayıb.
Mövlud Çavuşoğlu bildirib ki, görüş zamanı başlıca müzakirə mövzusu Orta Şərqdə yaşanan Qətər böhranı müzakirə ediləcək.
Anar
Gununsesi.info