
Xəbər verdiyimiz kimi, Türkiyə yığması İslandiya ilə 0:0-lıq bərabərliyə imza ataraq futbol üzrə AÇ-nin final mərhələsinə vəsiqə qazanıb.
Gununsesi.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da olub.
O, matçdan sonra futbolçuları təbrik etmək üçün soyunub-geyinmə otağına yollanıb. Prezidentin bu addımı futbolçular tərəfindən sevinclə qarşılanıb və paltardəyişmə otağında maraqlı anlar yaşanıb.