
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədova “qanqal” iti hədiyyə edib. Berdiməhəmmədovun Ərdoğana hədiyyə etdiyi “alabay” cinsi it olub. “Alabay” itləri “qanqal” itlərinin əcdadı sayılır.
Gununsesi.info xəbər verir ki, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov Türkiyəyə rəsmi səfərə gəlib. Ərdoğan Berdiməhəmmədovu Prezident Kompleksində qarşılayıb.
Ərdoğan Berdiməhəmmədova “qanqal” iti hədiyyə edib. Türkmənistan prezidenti Berdiməhəmmədov da Ərdoğana “alabay” cinsi it hədiyyə edib.
“Alabay” indiki Türküstandan gələn it cinsidir. “Alabay” itlərinin meydana çıxması miladdan öncə III minilliyə dayanır. “Qanqal” kimi çoban itlərinin bəzi yarımnövlərinin əcdadı sayılır. Türküstan toplumlarının geniş istifadə etdiyi təbii it cinsidir.
Bu gün Qırğızıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Əfqanıstan, Şərqi Türküstan və Özbəkistan kimi ölkələrdə yerli əhali tərəfindən çoban iti kimi yetişdirilir.
İndiyə qədər qeydə alınmış ən böyük “alabay”ın çəkisi 178 kq olub.
Türkmənistanın sabiq prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu cins itlər haqqında kitabı var.
Gununsesi.info