Ərdoğan və Draqi Ukraynanı müzakirə etdi

  • By admin
  • 05 İyul 2022 22:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan İtaliyanın Baş naziri Mario Draqi ilə Ukraynadakı vəziyyəti müzakirə edib.

Gununsesi.info  xəbər verir ki, tərəflər Rusiyanın apardığı müharibədə Ukrayna ilə həmrəy olduqlarını və bu ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər.

HTML tutorial

Onlar Ukraynada sülhün tezliklə bərqərar olması üçün səylərini davam etdirmək barədə razılığa gəliblər.

Ukraynadan taxıl ixracına maneələrin aradan qaldırılması üçün təcili tədbirlərin görülməsinin zəruriliyini vurğulayan tərəflər BMT və digər müvafiq təşkilatlarla oxşar humanitar məsələlərdə birgə işləmək əzmində olduqlarını bir daha bəyan ediblər.

Gununsesi.info