Ərdoğan və İlham Əliyev birgə yeni qaz kəmərini açacaqlar

  • By arzu
  • 19 Noyabr 2019 11:43

TANAP qaz kəmərinin sonuncu hissəsinin açılışını noyabrn 30-da Azərbaycan və Türkiyə prezidentləri həyata keçirəcəklər.

Gununsesi.org Oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

“TANAP bizim üçün ən mühüm layihələrdən biridir. Noyabrın 30-da onu istifadəyə verməyə hazırlaşırıq. Mərasimdə Azərbaycan və Türkiyə prezidentlərinin də iştirakı gözlənilir”, – deyə nazir qeyd edib.

F. Dönməz qaz kəmərinin Azərbaycan və Türkiyə xalqları üçün xeyirli olacağına ümidvar olduğunu bildirib.

1850 kilometrlik TANAP qaz kəməri Avropanın enerji təhlükəsizliyini təmin edəcək. “Şahdəniz” yatağından çıxarılan qaz bu kəmər vasitəsi ilə Türkiyə ərazisindən keçərək Avropa istifadəçilərinə çatdırılacaq.

Gununsesi.org