Ərdoğan və Kılıcdaroğlu bir-birinə “namərd” dedi

Türkiyə prezidentliyinə keçirilən seçkiyə sayılı günlər qaldıqca Ərdoğan və Kılıcdaroğlu arasındakı siyasi rəqabət təhqirə keçir.

Gununsesi.info xəbər verir ki, Ərdoğan Kılıcdaroğlunun onun PKK-ya dəstək iddiası haqqında danışıb:

HTML tutorial

“Kılıçdaroğlu TRT-də bizim terror təşkilatları ilə görüşdüyümüzü iddia edir, bunu sübut edə bilməsən namərdsən!”

Kılıçdaroğlunun cavabı isə gecikməyib: “Sadəcə görüşdüyünü demirəm, sən terrorçuların himayədarısan! Madam sübut istəyirsən, öz telekanalın TRT-də bu axşam, sabah çıx qarşıma. Sənin terrorçularla əməkdaşlıq edən bir namərd olduğunu hamıya sübut edəcəyəm”.

Afət Abbasova
Gununsesi.info