Ərdoğan və Putin İsrail və Fələstin arasındakı münaqişə prosesini müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, Türkiyə prezidentinin kommunikasiya idarəsindən verilən məlumata görə, iki ölkə liderləri İsrail və Fələstin arasında həyəcanlı münaqişə prosesinin gedişi və gərginliyin artmasının qarşısını almaq üçün tədbirləri müzakirə ediblər.

Söhbət zamanı regionda humanitar ehtiyacların həlli üçün hansı təşəbbüslərin həyata keçiriləcəyi qiymətləndirilib.

Mülki yaşayış məntəqələrinin atəşə tutulmasının narahatlıq doğurduğunu və bu cür təşəbbüslərin Türkiyə tərəfindən birmənalı qarşılanmadığını vurğulayan Ərdoğan Türkiyənin bölgədə sakitliyi təmin etmək üçün bundan sonra da hər cür səy göstərəcəyini bildirib.

Səid Əhmədli
Gununsesi.info