
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə NATO-nun Dövlət və Hökumət Başçıları Zirvə toplantısında Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşüb.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr, terrorla mübarizə, Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük prosesi və İsveçin NATO-ya üzvlüyü müzakirə edilib.
Britaniya və Türkiyə terrorizmlə mübarizədə əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.
Sunak Türkiyənin İsveçin NATO üzvlüyünə verdiyi dəstəyi alqışlayıb və Ərdoğanı göstərdiyi səylərə görə təbrik edib.
Görüşdə, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə son səfəri dəyərləndirilib, Qara dəniz taxıl sazişinin uzadılmasının vacibliyi ilə bağlı razılığa gəlinib.
Gununsesi.info