Ərdoğan xalqa müraciət etdi: Türkiyənin hədəfi budur

Türkiyə prezidenti Ərdoğan bildirib ki, Ankara dünyanın siyasi lideri olmaq niyyətindədir

Gununsesi.info xəbər verir ki, Ərdoğan bu haqda xalqa Yeni il müraciətində bildirib. O vurğulayıb ki, Türkiyə qlobal lider olmağa imkan verəcək iqtisadi və siyasi güc əldə etmək niyyətindədir:

“İndi bizim məqsədimiz təkcə qlobal siyasət və iqtisadiyyatın böyük liqalarına daxil olmaq deyil, həm də orada ilk sıraları tutmağa imkan verəcək siyasi və iqtisadi güc əldə etməkdir”.

Gununsesi.info