
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Türkiyə prezidentliyi üçün keçirilən ikinci turla bağlı açıqlama edib.
Gununsesi.info-unun xəıbərinə görə, açıqlamada seçki ümumi şəkildə müsbət qiymətləndirilib.
Açıqlamada deyilir ki, Türkiyədə prezident seçkilərinin ikinci turunda rəqabətli kampaniya bərabər şəraitin olmaması və medianın qərəzliyi ilə yadda qaldıb:
“Türkiyədə prezident seçkilərinin ikinci turu yaxşı keçdi və seçicilərə real siyasi alternativlər arasında seçim etmək imkanı verdi, lakin təşviqat dövründə getdikcə qızışdırıcı və ayrı-seçkilik yaradan ifadələrlə xarakterizə olundu. Medianın qərəzliliyi və ifadə azadlığına davamlı məhdudiyyətlər qeyri-bərabər oyun meydanı yaradıb və hazırkı prezidentin əsassız üstünlüyünə töhfə verib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) birgə missiyası müəyyən edib ki, seçki orqanları seçkidən əvvəl bəzi qaydalar tətbiq edib. Potensial ikinci turun rəvan keçməsini təmin etmək üçün birinci turda qanunvericilik ikinci turun keçirilməsinin vacib aspektlərini əhatə etmir, bu da hüquqi müəyyənliyə və ümumi qanunvericilik bazasının sabitliyinə mənfi təsir göstərir.
Birinci turda bərabər şəraitin olmaması və kampaniyanın ədalətsizliyi ilə bağlı qaldırılan narahatlıqlar həll edilməmiş qaldı, indiki prezident əsassız üstünlüklərdən faydalanmağa davam etdi. Təəssüf ki, hər iki mübahisə edən tərəfin ayrı-seçkilik və qızışdırıcı ritorikadan istifadə etməsi siyasi mühiti daha da qütbləşdirdi. Qalibin Türkiyə xalqının birliyini təmin etmək üçün həqiqi səylər göstərməsi çox vacibdir.
İkinci turdan əvvəlki təşviqat dövrü ümumilikdə dinc keçdi. Eyni zamanda, seçkiqabağı təşviqat dövründə inauqurasiya tədbirlərinə qoyulan qadağaların pozulması halları ilə ikinci tur ərəfəsində xidməti vəzifələri yerinə yetirərkən təşviqat halları davam edib. Kampaniya məqsədləri üçün ictimai resurslardan davamlı istifadə ilə yanaşı, bu, birinci tur kampaniyasında da qeyd olunan hazırkı prezidentə yersiz üstünlük təmin etdi”.
Tərcümə:
Afət Abbasova