Ərdoğan yanğınla bağlı nazirdən məlumat aldı – Yeniləndi

  • By admin
  • 05 Aprel 2018 20:47


Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa səmtində yerləşən Taksim Tədris və Araşdırma Xəstəxanasının inşa edilməkdə olan binasında yanğın başlayıb.

Gununsesi.info NTV-yə istiadən xəbər verir ki, hazırda binanın üzlüyü yanaraq yerə düşür.

Yanan binada inşaat işçilərinin olduğu deyilir.

Bundan əlavə, yan tərəfdə yerləşən binada da xəstə və həkimlər var.

Olay yerinə yanğınsöndürənlər cəlb edilib.

***

19:48

Xəstəxanada baş verən yanğının söndürüldüyü bildirilib.

Yan tərəfdə yerləşən binadakı xəstələr və yaxınlıqda yaşayan sakinlər təxliyyə edilib.

Bundan əlavə, xəstəxanada yerləşən qiymətli cihazların da binadan çıxarıldığı barədə məlumatlar yayılıb.

İstanbul valisi də hadisə yerinə gəlib.

İstanbul Yanğınsöndürmə İdarəsinin keçmiş rəhbəri Əbdürrəhman Kılıç yanğının binanın üzlüyünə vurulan poliüretan materialdan qaynaqlandığını bildirib.

Olay zamanı ölən, yaxud yaralananların olmadığı deyilib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş vermiş yanğınla bağlı Səhiyyə naziri Əhməd Dəmircandan məlumat alıb.

Gununsesi.info