Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan Merac qəndilini təbrik etmək üçün ona mesaj yazan Əsma Çökmənə telefonla zəng vuraraq evdən çıxmaması ilə bağlı xəbərdarlıq edib.
Gununsesiaz.info “Hürriyət”ə istinadən xəbər verir ki, ölkə başçısı həmin görüntüləri tvitter hesabında paylaşıb:
“Konyalı Əsma ana qəndilimizi təbrik edib. Biz də zəng vurub halından xəbər aldıq. Evdə olduğunu söylədi. Ölkəmizin bu müsibətdən qurtulması üçün dua edir. Əsma ana başda olmaqla, böyüklərimiz evdə qalsın ki, mübarizəmiz güclü bir şəkildə davam etsin”.
Əsma Çökmən müalicə üçün İstanbula getməli olduğunu bildirdiyi zaman Ərdoğan “Küçəyə çıxmayın. İnşallah, bu günlər ötsün, gələrsən” deyə vurğulayıb.
Qeyd edək ki, bu gündən etibarən Türkiyədə 65 yaşdan yuxarı vətəndaşların, xroniki xəstələrin küçəyə çıxmasına qadağa qoyulub.