Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 33 aydan sonra Ədalət və İnkişaf Partiyasına (AKP) yenidən üzv olub. Prezident qurucusu olduğu AKP-yə 979 gün sonra təkrar dönərək partiya üzvlük formasını imzalayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, üzvlük mərasimi partiyanın qərargahında baş tutub.
Belə ki, Türkiyənin 11-ci prezidenti Abdullah Gül və AKP qurucularından olan Bülent Arınç mərasimə qatılmayıblar.
Tədbirdə partiya sədri, Türkiyənin baş nazir Binəli Yıldırım mayın 21-də keçirilməsi planlaşdırılan toplantıda Ərdoğanın AKP sədirliyinə namizədliyini irəli sürəcəyini bildirib.
Qeyd edək ki, AKP-nin qurucularından olan R.T.Ərdoğan 2014-cü ilin 27 avqustunda prezident seçkilərində iştirak etmək üçün partiyadan ayrılmışdı.
Xatırladaq ki, Türkiyədə 16 aprel 2017-ci il tarixində keçrilən referendumun nəticəsində konstitusiyanın 18 maddəsinə dəyişiklik edilib. Bu dəyişikliklərin biri də prezident seçilmiş şəxsin partiya ilə əlaqəsinin kəsilməsi maddəsinin aradan qaldırılması idi.
Anar
Gununsesi.info