Ərdoğan Yunanıstanla bağlı iclas keçirəcək

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bazar ertəsi hökumətin iclası keçirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

HTML tutorial

Görüş zamanı Yunanıstana qarşı mümkün tədbirlər müzakirə ediləcək.

Kanal bildirib ki, ilin əvvəlindən Yunanıstan Hərbi Hava Qüvvələri Türkiyəyə qarşı 1123 dəfə təxribat törədib.

Gununsesi.info