Ərdoğan zəlzələdən gələn ümumi ziyanı açıqladı

  • By ilhame
  • 02 Yanvar 2024 22:57

2023-cü ilin fevralında baş verən zəlzələlər Türkiyə iqtisadiyyatına 100 milyard dollardan çox ziyan vurub.

 

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Onun sözlərinə görə, bu, ixrac rəqəmlərinə də təsir edərək, onları 6 milyard dollar azaldıb.

 

“Buna baxmayaraq, ixrac müsbət artım nümayiş etdirdi”, – deyə o qeyd edib.

Gununsesi.info