Ərdoğan zəlzələnin olduğu vilayət rəhbərləri ilə danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin baş verdiyi regiondakı vilayət rəhbərləri ilə telefon danışığı aparıb.

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, ölkə prezidenti Adana, Malatya, Qaziantep, Diyarbakır, Hatay, Adıyaman, Osmaniye ve Şanlıurfa valiləri ilə danışıb.

HTML tutorial

Bildirilib ki, Ərdoğana son vəziyyət və axtarış-xilasetmə tədbirləri ilə bağlı məlumatlar çatdırılıb.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Gununsesi.info