
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Liderlər Ukrayna-Rusiya müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması ilə bağlı məsələləri müzakirə edib.
Ərdoğan Ukrayna taxılının dünya bazarına çıxarılması üçün BMT-nin hazırladığı plan üzərində işləməyə davam etdiklərini diqqətə çatdırıb.
Türkiyə lideri Ukrayna ilə Rusiya arasında danışıqlar masasının açıq saxlanılmasının lazım olduğunu bildirib və İstanbul prosesində asanlaşdırma və vasitəçilik də daxil olmaqla, hər cür dəstəyi təqdim etməyə hazır olduqlarını vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə də telefon danışığı aparıb.
Gununsesi.info