Ərdoğana sui-qəsd ola bilər -TÜRKİYƏ NARAHATDIR

  • By admin
  • 20 İyul 2017 09:21

erdogan

Türkiyənin dövlət təhlükəsizlik orqanları Hamburqda keçirilmiş “G20” sammitindən əvvəl Almaniya federal polisinə verbal nota göndəriblər.

Gununsesi.info  bu barədə “Welt” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, nota iyulun 6-da  göndərilib. Məktubda “Alman polisi geyimində olan şəxslər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil edə bilərlər”,-deyə vurğulanıb. Bundan əlavə potensial sui-qəsdçinin adı da qeyd olunub. Onun keçmiş Türkiyə polisi olduğu bildirilib.

“Welt”in sorğusuna cavab olaraq Almaniya polisi məktub aldıqlarını təsdiqləyib. Ancaq hesablamalara əsasən sui-qəsd ehtimalının az olduğu vurğulanıb.

Qeyd edək ki, 7-8 iyulda Hamburq şəhərində “G20″-nin (Böyük 20-lik) sammiti keçirilib.