Ərdoğana qarşı sui-qəsd … -QARŞISI ALINDI

  • By admin
  • 20 May 2018 13:18
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd hazırlandığı müəyyənləşdirilib.
Gununsesi.info  Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, baş nazirin köməkçisi və hökümət sözçüsü Bəkir Bozdağ belə bir istintaq məlumatı aldıqlarını deyib.
Sui-qəsd planı barədə məlumat Ərdoğanın Bosniya və Herseqovina ziyarətindən əvvəl əldə edilib. Planın Balkan ölkələrində törədilməsinin planlaşdırıldığı və bir qrup türk əsilli şəxs tərəfindən hazırlandığı bildirilir.
Bu barədə informasiyanı Makedoniya kəşfiyyatı Skopyedə yaşayan türklərdən alıb.