Ərdoğandan Əsədə xəbərdarlıq: “Əgər atəşkəs pozulsa…”

  • By arzu
  • 14 Yanvar 2020

Əgər İdlibdə atəşkəsin pozulmasına cəhd göstərilsə, Türkiyə birtərəfli qaydada Suriyanın hökumət qüvvələrinə müqavimət göstərəcək.

Gununsesi.org xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Suriyada hakim rejimin siyasi prosesə mane olan aksiyalardan imtinasının məsuliyyəti hər kəsin üzərinə düşür. Əgər ehtiyac yaranarsa, biz rejimin İdlibdəki atəşkəsi pozmağa cəhd etməsinə qəti cavab verməyə hazırıq”, – deyə o bildirib.

Gununsesi.org