Türkiyə prezidenti Almaniyanın erməni “soyqırımı” qərarından danışdı.
Prezident Afrikaya səfəri zamanı Nayrobidə jurnalistlərin suallarını cavablandırıb. O, Almaniya parlamentinin verdiyi qərarın bir dəyəri olmadığını deyib.
Ərdoğan ölkəsinin dostlarını çoxaltmaq üçün çalışacağını deyib. “Amma kimsə əks şəkildə, davransa önəmli bir dostlarını itirmiş olacaq. Bizim orada 3 milyondan çox vətəndaşımız var. Onlar alman iqtisadiyyatı üçün önəmli qüvvədirlər. Hələlik parlamentdə aparılan müzakirələr haqqında məlumatlar mənə çatmayıb. O qeydlərdən sonra qiymətləndirmə aparacağıq. Bizim 1915-ci il hadisələri ilə bağlı mövqeyimiz ortadadır.
Jurnalistin “Türkiyə Bundestaqda qəbul edilən bir qərara qarşı hansı addımları atacaq?” sualına cavabı isə belə olub: “Bu, xeyrə əlamət olan bir addım deyil. Əvvəlcə dəyərləndirmə etməliyik. Hirslə qalxıb, ziyanla oturmaq bizə yaraşmaz”.
Ərdoğan qərarın qəbulunda bir sıra maraqlı məqamlar olduğunu da deyib. Məsələn, keçən il qondarma soyqırımın 100 illiyi idi. Nə üçün keçən il bunu qəbul etmədilər? “Bu, düşündürücüdür. İndi məni bir məsələ maraqlandırır – alman rəsmilər bu qərardan sonra mənim, baş nazirimizin üzünə necə bacaxaqlar?”
Ərdoğan səsvermədən bir neçə gün öncə Almaniya kansleri Angela Merkel ilə danışdığını da xatırladıb. O, deyib ki, hələ telefon danışı zamanı Merkel ona əlindən gələni edəcəyini deyib. “Mən 40 ildir siyasətin içindəyəm. Amma qrupun inandırıla bilməməsini anlamıram. Kaş ki iştirak edib səs verəydi”.