Gununsesi.info “anadoluya” istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb tayib ərdoğan Vaşinqtonu Suriyada terrorizmə qarşı mübarizə aparmamaqda ittiham edib. O deyib ki, əksinə, ABŞ Suriyada vəziyyəti daha da mürəkkəbləşdirməklə məşğuldur.
“Mən PYD vəYPG kimi terrorçu təşkilatı dəstəkləyən ABŞ anlaya bilmirəm. Deyir ki, guya bu terrorçu təşkilatlar İŞİD-lə mübarizə aparır. Məgər Cəbhəti ən-Nusra İŞİD-lə mübarizə aparmırmı? O zaman niyə Cəbhəti Ən-Nusra təşkilatını dəstəkləmir?. Hansı ki, bu təşkilatı terrorçu təşkilat kimi öz siyahısına salıb. Burada məntiq haradadır? Onda Vaşinqton niyə Ankaranın terrorist kimi siyahıya saldığı terrorist təşkilatları tanımır”- deyə, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan vurğulayıb.
Ərdoğan deyib ki, bir neçə gün öncə Suriyanın Kobani məntəqəsinə Amerikanın silahla dolu təyyarəsi enib. “Bu silahlar PYD və YRG-yə verilib. Bu silahların yarısı isə İŞİD-in əlinə keçib. Biz bununla bağlı Obamanı xəbərdar etdik, ancaq onu inanadıra bilmədik. Təəssüflə deməliyəm ki, amerikalılar əvvəlki oyunlarını oynayır. Bu yolla hansısa nəticə əldə etmək mümkün deyil. Bu ancaq Suriyada qan tökülməsinin bundan sonra da davam etdirilməsinə xidmət edəcək”- deyə, Ərdoğan vurğulayıb.
Gununsesi.info