

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalında kürdlərin referendum keçirməsinə sərt təpki göstərib.
“Hazırda kürdləri İsraildən başqa kimsə tanımır. Biz Netanyahudan fərqli düşüncədəyik. Qoy, o da bu sevdadan vaz keçsin. Biz qərarlı formada addımlarımızı atmaqda davam edəcəyik”.
Gununsesi.info “Habertürk”ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, kürdlərin geriyə addım atması şərtdir: “Bu olmazsa, Suriyada birdən artıq terror dövlətinin yaranmasına imkan verməyəcəyik. Bu onlar üçün bir röya olaraq qalacaq. Vaz keçməzlərsə gecənin birində girə bilərik”.
Ərdoğan onu da bildirib ki, Şimali İraqla sərhəd bağlanacaq: “Biz bölgədə hər hansı terror dövlətinin yaranmasına imkan verə bilmərik”.
Ərdoğan əlavə edib ki, görək bundan sonra İraqın şimalındakı kürd muxtariyyəti neftini haraya və necə aparacaq, onu necə satacaq. “Siyasi, iqtisadi və ticari, təhlükəsizlik məsələləri baxımından addımlarımızı atırıq və atcağıq da. Silopidəki ordumuz təsadüfən təlimlər və manevrlər etmir. İran da bizimlə eyni durmdadır. Ordusu, hərbi hava qüvvləri hazır vəziyyətdədir. Sərhədlərdən hazırda İraq tərəfə keçişə icazə var. Bu həftə içində gərəkli addımlar atılacaq. Sərhədin bağlanması da olacaq. Biz sərhədləri bağladıqdan sonra İraq kürdlərinin neftini satmaq məsələsi də bitəcək”.
Mürtəza
Gununsesi.info