Ərdoğandan Ceceliyə sərt reaksiya

  • By admin
  • 13 İyun 2017 15:05

ceceli_24786767

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il Rəcəb Tayyib Ərdoğanın iftar süfrəsində azan oxuyan Mustafa Ceceli bu il dəvət edilməyib.

9 illik həyat yoldaşı Sinemden boşanıb Selin İmer adlı qızla sevgili olan müğənni ətarfında gedən söz-söhbətlər səngimək bilmir.

Dünən Türkiyə prezidenti Ərdoğan incəsənət və idman dünyasının tanınmış simalarını iftar yeməyinə dəvət edib. Məlum olub ki, keçən il təşkil olunan ziyafətdə azan oxuyan Mustafa Ceceli builki iftara dəvət olunmayıb. Yeni sevgilisiylə Mayami tətilində çəkdirdiyi səmimi görüntüləri ilə gündəmdən düşməyən Mustafa Cecelinin iftara şəxsi həyatında baş verən qalmaqallardan dolayı dəvət edilmədiyi iddia olunur.

mustafa-ceceli-ve-selin-imer

Gununsesi.info