
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında çıxış edib.
Gununsesi.org “Hürriyet”ə istinadən xəbər verir ki, prezident nüvə silahı ilə bağlı təşkilat üzvlərinə çağırış edib. BMT-nin nüvə gücünə sahib 5 üzvünü xatırladan ərdoğan “Dünya 5-dən böyükdür” mesajını verib:
“Zehniyyətimizi, qurumlarımızı, qanunlarımızı dəyişmək zamanı çoxdan gəlib. Nüvə ya hamıya qadağan edilməli, ya da hamı üçün sərbəst olmalıdır. Bu məsələnin ədalət çərçivəsində həllini tapaq”.
Gununsesi.org